H.Haciyev: Mediyanın ölkələr arasındakı əlaqələrdə önəmli rolu var
https://azeri.sahartv.ir/news/azərbaycan-i287711-h.haciyev_mediyanın_ölkələr_arasındakı_əlaqələrdə_önəmli_rolu_var
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası və Azərbaycan Respublikası mediyaları iki ölkə əlaqələrinin gücləndirilməsində önəmli rol oynaya bilərlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2017 13:32 Asia/Baku
  • H.Haciyev: Mediyanın ölkələr arasındakı əlaqələrdə önəmli rolu var
    H.Haciyev: Mediyanın ölkələr arasındakı əlaqələrdə önəmli rolu var

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası və Azərbaycan Respublikası mediyaları iki ölkə əlaqələrinin gücləndirilməsində önəmli rol oynaya bilərlər.

Hikmət Hacıyev bu gün Bakıda İRNA-nın müxbirinə verdiyi müsahibədə Azərbaycan Respublikasının İran mediyalarının bu ölkədə fəaliyyət göstərməsini müsbət qarşıladığını bildirərək deyib: İran mediyalarının fəaliyyəti Bakı üçün əlverişli fürsət yaradır və ümid edirik ki, Azərbaycan həqiqətlərinin o sıradan Qarabağ Münaqişəsi ilə əlaqədar məsələlərin region və dünya səviyyəsinə avditoriyaya çatdırılmasında təsirli rola malik olacaqlar. 

H.Hacıyev Azərbaycan və İranın dost və qardaş ölkələr olduğunu bildirərək, tarixi, mədəni ortaqlıqlara, iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinə diqqət çəkib və bunların xalqlar arasındakı əlaqələrdə önəmli rola malik olduğunu bildirib. 

Azərbaycan Respublikası XİN sözçüsü iki ölkə arasında dost münasibətlərin genişlənməsini istəməyən bəzi dayirələrin olduğunu xatırladaraq deyib: Belə bir şəraitdə mediya iki ölkə münasibətlərinin güclənməsində böyük məsuliyyət daşıyır.