Bakıda "Asiyanın Qəlbi - İstanbul Prosesi" konfransı keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i287975-bakıda_asiyanın_qəlbi_İstanbul_prosesi_konfransı_keçirilib
"Asiyanın Qəlbi - İstanbul Prosesi" çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2017 11:30 Asia/Baku
  • Bakıda
    Bakıda "Asiyanın Qəlbi - İstanbul Prosesi" konfransı keçirilib

"Asiyanın Qəlbi - İstanbul Prosesi" çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransı keçirilib.

İRİB-nin verdiyi məlumata görə, bu bir günlük iclsda Azərbaycan və Əfqanıstan prezidentləri 14 iştirakçı və 17 dəstəkləyici ölkənin xarici işlər nazirləri və xarici işlər nazirləri müavinləri habelə, 12 beynəlxalq və regional təşkilatın nümayəndələri iştirak ediblər.

Azərbaycan prezidenti İlham Əliyevin çıxışı ilə işə başlayan konfransın davamında Əfqanıstan prezidenti Əşrəf Qəni və digər iştirakçılar çıxış ediblər.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif də bu iclasda çıxış edib.