Azərbaycan və Əfqanıstan prezidentləri terrorizm ilə mübarizəyə təkid ediblər
-
Azərbaycan və Əfqanıstan prezidentləri terrorizm ilə mübarizəyə təkid ediblər
Azərbaycan prezidenti Bakıda keçirilən 7-ci "Asiyanın Qəlbi - İstanbul Prosesi" konfransında Azərbaycanın Əfqanıstanda sülh və təhlükəsizliyin təmin edilməsini hərtərəfli formada dəstəkləməsinə təkid edib.
İRİB-nin məlumatına görə, İlham Əliyev cümə günü Bakıda keçirilən konfransda terrorizm və ifratçılıq ilə mübarizəyə təkid edərək, Azərbaycanın təhlükəsizlik, əfqan hərbçilərə təlimlərin keçilməsi, tranzit və yüklərin daşınması habelə, ticarət sahəsində Əfqanıstan ilə əməkdaşlıq etməsindən xəbər verib.
İ.Əliyev İranın iştirakı ilə icra edilməkdə olan şimal-cənub nəqliyyət marşrutu kimi beynəlxalq layihələrə işarə edərək, Əfqanıstandan bu nəqliyyat marşrutuna qoşulmasını və bununla da öz məhsullarını ən qısa yolla dünya bazarlarına çıxartmasını istəyib.
Əfqanıstan prezidenti Əşrəf Qəni də bu konfransda terrorizm ilə mübarizəyə təkid edərək, bir daha ölkəsindəki gərginlik və səbatsızlığa görə Talibanın məsuliyyət daşıdığını bildirib.