Zərif: Əfqanıstan böhranı hərbi həll yoluna malik deyil
https://azeri.sahartv.ir/news/azərbaycan-i287981-zərif_Əfqanıstan_böhranı_hərbi_həll_yoluna_malik_deyil
İran İslam Respublikasının xarici işlər naziri deyib: Əfqanıstan böhranı üçün hərbi həll yolu yoxdur və bu böhranın həlli hərtərəfli bir strategiya tələb edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2017 13:41 Asia/Baku
  • Zərif: Əfqanıstan böhranı hərbi həll yoluna malik deyil
    Zərif: Əfqanıstan böhranı hərbi həll yoluna malik deyil

İran İslam Respublikasının xarici işlər naziri deyib: Əfqanıstan böhranı üçün hərbi həll yolu yoxdur və bu böhranın həlli hərtərəfli bir strategiya tələb edir.

Məhəmməd Cavad Zərif cümə günü Bakıda  "Asiyanın Qəlbi - İstanbul Prosesi" çərçivəsində keçirilən 7-ci nazirlər iclasında Əfqanıstan böhranı ilə bağlı hərtərəfli bir strategiyanın olmamasını bu ölkədə davamlı sülhün əldə edilməməsinin başlıca səbəbi adlandırıb və deyib: Əfqanıstan ötən illər ərzində müxtəlif sahələrdə yaxşı nailiyyətlər əldə edib. Amma, buna baxmayaraq, xarici təcavüz və İŞİD təhdidi ilə üz-üzədir. 

İranın xarici işlər naziri İŞİD-i region və Əfqanıstanın təhlükəsizliyi üçün ciddi təhdid adlandırıb və deyib: Bu təhdidin önlənilməsi region ölkələrinin birgə əməkdaşlığına ehtiyaclıdır. 

Məhəmməd Cavad Zərif Əfqanıstanda sülhün bərqərarı istiqamətində səylərin davam etdirilməsinə təkid edərək, deyib: İran narkotik maddələrin Avropaya qaçaq edilməsinin önlənilməsi məsələsində Əfqanıstan ilə əməkdaşlıq edir və narkotik problemi üçün köklü həll yolunun tapılmasına çalışır.