İranlı karateçilərin Bakı beynəlxalq yarışlarındakı uğurları
https://azeri.sahartv.ir/news/azərbaycan-i288221-İranlı_karateçilərin_bakı_beynəlxalq_yarışlarındakı_uğurları
İran karateçiləri Xəzər dənizi və Qara dəniz ölkələrinin yarışlarında beş qızıl, üç gümüş və doqquz bürünc medal qazanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2017 10:28 Asia/Baku
  • İranlı karateçilərin Bakı beynəlxalq yarışlarındakı uğurları

İran karateçiləri Xəzər dənizi və Qara dəniz ölkələrinin yarışlarında beş qızıl, üç gümüş və doqquz bürünc medal qazanıblar.

Xəzər dənizi və Qara dəniz ətrafındakı ölkələrin karate üzrə beynəlxalq yarışları İranın kişi və qadınlardan ibarət 27 nəfərlik milli komandasının iştirakı ilə bazar günü başa çatıb. Yarışlarda Azərbaycan Respublikası, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Ukrayna komandaları ilə bərabər, Ərəbistan və İraq yığmaları da qonaq komandalar kimi iştirak ediblər.

Xəzər dənizi və Qara dəniz ətrafındakı ölkələrin karate federasiyası tərəfindən keçirilən bu ikigünlük beynəlxalq yarışlarda müxtəlif yaş qruplarından olan idamançılar və veteranlar daxil olmaqla 800-dən çox karateçi kata və komite bölmələrində yarışıbdır.