İran və Azərbaycanın birgə ticarət palatasının təşkili təklif olunub
İranın Azərbaycan Respublikasındakı səfiri İran və Azərbaycanın birgə ticarət palatasının təkşil olunmasını istəyib.
İRNA-nın məlumatına görə, İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Bakıda görüşdə iki ölkənin iqtisadi əlaqələrinin inkişafının perspektivinə toxunaraq iranlı investorların Azərbaycanın sənaye sektorlarında fəaliyyət göstərməyə maraqlı olduğunu bildirib.
İranın Bakıdakı səfiri həmçinin İran və Azərbaycanın birgə ticarət palatasının yaradılmasında məqsədi iki ölkənin özəl sektoru və iş adamları arasında əməkdaşlığın genişləndirilməsi adlandırıb.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev də bu görüşdə Xudafərin elektrik stansiyası və İranın Xudafərin şəhərində Qız Qalası layihəsinin icrası haqda iki ölkənin anlaşmalarının icra olunması ilə əlaqədar birgə komissiyanın ilk iclasının keçirilməsini təklif edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri və Azərbaycanın iqtisadiyyat naziri həmçinin bu görüşdə iki ölkənin iqtisadi və ticarət əməkdaşlıqları birgə komiassiyasının növbəti 12-ci iclasının hazırlıq işləri haqda danışıqlar aparıblar.
İran və Azərbaycan Respublikasının 12-ci birgə iqtisadi və ticarət əməkdaşlıqları komissiyasının iclası dekabr ayının sonlarında İranın Astara şəhərində keçiriləcək.