İran və Azərbaycan nazirləri bir araya gəliblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i288443-İran_və_azərbaycan_nazirləri_bir_araya_gəliblər
İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Bakıya səfərinin ikinci günündə azərbaycanlı həmkarı ilə görüşüb və informasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlıqların inkişafı haqda danışıqlar aparıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2017 15:45 Asia/Baku
  • İran və Azərbaycan nazirləri bir araya gəliblər

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Bakıya səfərinin ikinci günündə azərbaycanlı həmkarı ilə görüşüb və informasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlıqların inkişafı haqda danışıqlar aparıb.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, Məhəmməd Cavad Azəri Cəhromi Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşdə əziz islam peyğəmbərinin (s.ə.s) mövludu münasibəti ilə onu təbrik edib və informasiya texnologiyalarının son bir neçə ildəki inkişafına toxunaraq deyib: Bu inkişaf elə bir formada olmuşdur ki, abonentlərin sayı 300 mindən haazırda 2 milyon nəfərə çatmışdır. 

İranın rabitə və informasiya texnologiyalar naziri vətəndaşların problemlərinin informasiya texnologiyaları ilə həll edilə biləcəyinə toxunaraq xatırladıb: Səhiyyə turizmi Azərbaycan vətəndaşlarının İrana getmələrinin səbəblərindən biri sayılır və bu yeni perspektiv üçün proqram tənzimləməyi təklif edirik. 

Sonda Azəri Cəhromi Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini İrana və ölkənin informasiya texnologiyaları sahəsindəki nailiyyətləri ilə tanış olmağa dəvət edib. 

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də informasiya texnologiyalarını inkişafın əsası adlandırıb və deyib: Azərbaycan Respublikasının da yaxşı start-apları vardır, bu start-apların ölkələrə qarşılıqlı səfərləri və birgə konfransların keçirilməsini təklif edirəm. 

Quluzadə İranda yeni ideyalarla tanış olmaqdan məmnunluq ifadə edib və əlavə edib: Start-apların inkişafı sahəsində birgə əməkdaşlıqlar iki ölkəyə kömək edə bilər.