Azərbaycanda Həzrət Məhəmməd Mustafanın (s.ə.s) mövlud şənliyi
Kainatın fəxri Həzrət Məhəmməd Mustafanın (s.ə.s) və İmam Cəfər Sadiqin (ə) səadətli viladətləri günü ilə Bakıda şənlik mərasimi keçirilib.
İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, Şəhriyar Evində Əhli-Beyt (ə) aşiqlərinin iştirakı ilə keçirilən mərasimdə, Əhli-Beyt (ə) məddahları əziz islam peyğəməbrinin tərəfində, şairlər də əziz islam peyğəmbəri və Əhli-Beytin (ə) şəninə şerlər oxuyublar.
Bu mərasimdə Vəliyyi-Fəqihin Azərbaycan Respublikasındakı nümayəndəsi höccətülislam vəlmüslimin Əli Əkbər Ocaqnejad Həzrət Məhəmməd Mustafanın (s.ə.s) fəzilətlərini şərh edib, ilahinin əvəzsiz nemətlərindən söz açıb və düşmənlərin məkrli planları qarşısında müsəlmanların birliyinin qorunmasını vurğulayıb.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyini mədəniyyət mərkəzinin təşəbbüsü ilə keçirilən bu mərasimin sonunda Doktor Sabir Ədakın yazdığı və farscadan azərbaycancaya tərcümə olunan "Peyğəmbər Rəhməti, cahillik sərtliyi" adlı kitabın təqdimatı keçirilib.