Azərbaycan Respublikasının Qarabağda bir hərbçisi həlak olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i289251-azərbaycan_respublikasının_qarabağda_bir_hərbçisi_həlak_olub
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə hərbçisinin münaqişəli Dağlıq Qarabağ bölgəsində Ermənistan hərbçilərinin hücumu nəticəsində həlak olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2017 16:22 Asia/Baku
  • Azərbaycan Respublikasının Qarabağda bir hərbçisi həlak olub
    Azərbaycan Respublikasının Qarabağda bir hərbçisi həlak olub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə hərbçisinin münaqişəli Dağlıq Qarabağ bölgəsində Ermənistan hərbçilərinin hücumu nəticəsində həlak olduğunu bildirib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Cümə axşamı günü münaqişəli Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin atəşkəsi pozması nəticəsində Azərbaycanın bir hərbçisi həlak olub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmçinin ötən bir neçə gündə atəşkəsin 127 dəfə pozulduğunu bildirib.

Halbuki iki ölkə qüvvələri son aylar ərzində bir neçə dəfədir ki, təmas xəttində atəşkəs rejimini pozmaqda bir-birini suçlayır.

Ermənistan və Azərbaycan Respublikası arasında Dağlıq Qarabağın mülkiyyəti üzrə münaqişə 1988-ci ildə başlanıb və 1992-ci ildə hərbi müstəviyə keçib.

Erməni və azərbaycanlı qüvvələr arasında qarşıdurma nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ və 7 ətraf rayonu erməni qüvvələrinn nəzarətinə keçib.

1994-cü ildən münaqişə tərəfləri arasında atəşkər rejimi bərpa olunub. Lakin Rusiya, Fransa və ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində bu münaqişənin həlli üzrə vasitəçilyii indiyə qədər nəticə verməyib.