Bakı bəzi ölkələrin iştirakı ilə hərbi təchizatlar düzəltməyə çalışır
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri bəzi ölkələrin iştirakı ilə hərbi təchizatların düzəldilməsi üzrə bir neçə obyektin işə salınmasından xəbər verib.
Yavər Camalov deyib: Bakı Azərbaycan Respublikasında hərbi təchizatlara xidmət mərkəzinin yaradılması barədə Türkiyə ilə anlaşmaya gəlib.
Camalov əlavə edib: Azərbaycan Respublikası 2018-ci ildə müdafiə sənayesi sahəsində digər şirkətlərlə bir neçə layihə də icra edəcəkdir.
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri həmçinin elektromaqnit silahlarının düzəldilməsi və bu istiqamətdə fəaliyyətin başlanması barədə bəzi ölkələrlə müzakirələrin davam etməsindən xəbər verib.
O, eyni zamanda sionist rejimin iştirakı ilə müxtəlif növlü pilotsuzların istehsalı üzrə obyektin işə salınmasından xəbər verib.
Azərbaycan Respublikası müdafiə sənayesi sahəsində hazırda Pakistan ilə də yaxın əməkdaşlığa malikdir.
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Yavər Camalov həmçinin bu ölkədə sursat istehsalı sahəsində iki yeni zavodun işə başlamasından xəbər verib.