Yeni Müsavatdan müxaliflərə qarşı ittiham
https://azeri.sahartv.ir/news/azərbaycan-i289701-yeni_müsavatdan_müxaliflərə_qarşı_ittiham
Yeni Müsavat qəzeti bəzi müxalif siyasi fəalların Rusiyalı hüquq müdafiəçisi Qannuşkina ilə Hollandiyada görüşmələrinə toxunaraq yazır: Avropadan təşkilatlananların Kremldən idarə olunmasına dair məlumatlar var.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2017 09:19 Asia/Baku
  • Yeni Müsavatdan müxaliflərə qarşı ittiham
    Yeni Müsavatdan müxaliflərə qarşı ittiham

Yeni Müsavat qəzeti bəzi müxalif siyasi fəalların Rusiyalı hüquq müdafiəçisi Qannuşkina ilə Hollandiyada görüşmələrinə toxunaraq yazır: Avropadan təşkilatlananların Kremldən idarə olunmasına dair məlumatlar var.

Yeni Müsavat qəzetinin internet portalında dünən dərc olunan məlumatda sözü gedən görüşə sərt reaksiya verilərək belə yazılıb: 

Azərbaycana qarşı separatçılıqla məşğul olan “siyasi qaçaq” Ataxan Əbilov dekabrın 17-də facebook səhifəsində özünü və Avropadakı digər separatçıların Kremldən təlimatlandırıldığını ifşa edən şəkil paylaşıb. Fotodan görünür ki, A.Əbilov, Leyla və Arif Yunuslar, həmçinin separatçılığa görə məhkum olunmuş və həbsxanada ölmüş, təxribatçı Talış Mədəniyyət Mərkəzinin rəhbəri, “Tolişi sədo” qəzetinin baş redaktoru olmuş Novruzəli Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova rus hüquq müdafiəçisi (?), sovet KQB məktəbinin yetişdirməsi Svetlana Qannuşkina ilə Hollandiyada görüşüb müzakirələr aparıblar. Müzakirələrin detalları haqda təbii ki, açıqlama verməyiblər. Amma bu fotoşəkilin özü bütün detalları açıb ortaya qoyur.

Qərbyönümlü müxalifət olduğunu bildirən Yeni Müsavat Partiyasının mətbu orqanının Avropa və Rusiyaya eyni mövqedən yanaşması və müxalifətdə olan və həbs və təzyiqlərə məruz qalanlara qarşı belə sərt mövqe nümayiş etdirməsi diqqət çəkir.