İran və Azərbaycan R-nın xarici işlər nazirləri görüşüblər
https://azeri.sahartv.ir/news/azərbaycan-i289827-İran_və_azərbaycan_r_nın_xarici_işlər_nazirləri_görüşüblər
İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri iki tərəfi maraqlandıran məsələlər barədə danışıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2017 11:43 Asia/Baku
  • İran və Azərbaycan R-nın xarici işlər nazirləri görüşüblər

İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri iki tərəfi maraqlandıran məsələlər barədə danışıblar.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov əməkdaşlıqların xüsusən iqtisadi sahədə, o sıradan dəmiryolu, eləcə də Xəzər dənizində energetika bölməsində genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Qüdsi-Şərif iki rəsminin görüşündəki digər mehvərlərdən olubdur.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İran, Türkiyə və Azərbaycan Respublikası xarici işlər nazirlərinin üçtərəfli iclasında iştirak etmək üçün Bakıya səfər edib.

İran, Türkiyə və Azərbaycan Respublikası xarici işlər nazirlərinin üçtərəfli iclası bu gün dekabrın 20-də Bakıda keçiriləcək.

İran, Türkiyə və Azərbaycan Respublikası xarici işlər nazirlərinin üçtərəfli iclasında tranzit, nəqliyyat, energetika, gömrük sahələri daxil olmaqla müxtəlif iqtisadi sahələrdə həmkarlıq, eləcə də texniki, ticari, həmçinin regionda sülh və sabitliyə yardım yolları xüsusiyyət təşkil etməklə regional və siyasi həmkarlıqlarla bağlı məsələlər araşdırılacaq.

İran, Türkiyə və Azərbaycan Respublikasının xarici işlər nazirləri həmçinin regional həmkarlıqların genişləndirilməsi perspektivi barədə öz baxışlarını bəyan etməlidirlər.