İran və AR Astara çayının təmizlənməsi haqda razılaşıblar
https://azeri.sahartv.ir/news/azərbaycan-i289843-İran_və_ar_astara_çayının_təmizlənməsi_haqda_razılaşıblar
İran və Azərbaycan Respublikasının Astara məntəqələrinin sərhədçiləri selin baş verməsini önləmək məqsədilə Astaraçay sərhəd çayının təmizlənməsi üçün həmkarlıq memorandumu imzalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 20, 2017 13:43 Asia/Baku
  • İran və AR Astara çayının təmizlənməsi haqda razılaşıblar

İran və Azərbaycan Respublikasının Astara məntəqələrinin sərhədçiləri selin baş verməsini önləmək məqsədilə Astaraçay sərhəd çayının təmizlənməsi üçün həmkarlıq memorandumu imzalayıblar.

İran Astarasının sərhəd polkunun komandanı pokovnik Nozər Moradi bu gün IRNA ilə müsahibədə deyib ki, Astaraçay sərhəd çayının tüğyan etməsi sərhəd sakinləri üçün problemlər yaratmışdı. O, əlavə edib: İranın sərhəd çayları komitəsinin üzvləri Astaraçay sərhəd çayından baxış keçirmişdilər və çayın təmizlənməsi üç ayadək dörd nöqtədə həyata keçiriləcək.

Polkovnik Moradi bildirib ki, Astaranın sərhəd zolağının tam təhlükəsizliyi sərhədçilər və sərhəd sakinlərinin anlaşmasının nəticəsidir. O, deyib: İran sərhədçilərinin sərhədlərin qorunmasındakı döyüş qabiliyyəti və hazırlığı təqdirəlayiqdir.

Astaraçay çayı Astaranın Şindan və Heyran yüksəkliklərindən qaynaqlanır və İran-Azərbaycan Respublikası sərhədində 38 kilometr uzunluğunda cərəyan edir. Çayın beton divarı suyun tüğyan etməsinin qarşısını almaq məqsədilə əlli faizlik fiziki inkişafla yarımçıq qalıbdır.

İranın Astara liman sərhəd şəhrestanı 91 min nəfərlik əhali ilə Gilan vilayətinin qərb hissəsində, Azərbaycan Respublikasının qonşuluğunda yerləşir.