Vaizi: Amerikanın sionist rejimin qanunsuz maraqlarını təmin etməkdən savayı hədəfi yoxdur
-
Vaizi: Amerikanın sionist rejimin qanunsuz maraqlarını təmin etməkdən savayı hədəfi yoxdur
İran Prezident Adiminstrasiyasının başçısı deyib: Amerika İslam ölkələrinin sırasına ikitirəlik və ixtilaf salmaq ardıncadır və onun sionist rejimin qanunsuz maraqlarını təmin etməkdən savayı hədəfi yoxdur.
Mahmud Vaizi bu gün Bakıda İslam həmrəyli ilinin başa çatması iclasında əlavə edib: İslam ölkələri arasında həmkarlıq və birliyin daha da gücləndirilməsi, həmçinin İslam ümmətinin asayişi və rifahının genişləndirilməsi istiqamətində İslam dünyasının böyük siyasi, iqtisadi və mədəni imkanlarından istifadə, zəruridir.
İran Prezident Adiminstrasiyasının başçısı söyləyib: Müsəlmanların birliyi onların ağrı-acılarının yaxşılaşması üçün ən vacib reseptdir və təfriqə və ayrılıq daim böyük İslam ümmətinin vücuduna maksimum zərərlər vurubdur.
O, həmçinin deyib: Əgər müsəlmanlar dinin həqiqi təlimlərini dünya xalqlarına tanıdarlarsa, heç vaxt terror qrupları İŞİD və təkfirçilik formasında özlərini İslam dini prinsiplərinin carçısı kimi təqdim etməyə və gəncləri yanlışlığa sürükləməyə imkan tapmayacaqlar.
Vaizi sonra belə qeyd edib: İran İslam Respublikası öz prinsipial siyasətlərinin davamında islami dostluq və qardaşlığın yüksəldilməsi və müsəlmanlar arasında birliyin qorunması istiqamətində əlindən gələni əsirgəməyəcəkdir.
İslam həmrəyliyi ilinin yekun iclası bu gün İslam ölkələrinin yüksək səviyyəli rəsmiləri və şəxsiyyətlərinin iştirakı və İslam dünyasının son dəyişiklikləri barədə məşvərət və dialoq aparmaq məqsədilə Bakıda keçirilibdir.
2017-ci il Azərbaycan Respublikası prezidentinin təşəbbüsü ilə İslam həmrəyliyi ili adlandırılmışdı.