Əliyev: İranla ticarət mübadilələrində milli valyutalardan istifadə Bakının gündəmində durur
https://azeri.sahartv.ir/news/azərbaycan-i289897-Əliyev_İranla_ticarət_mübadilələrində_milli_valyutalardan_istifadə_bakının_gündəmində_durur
Azərbaycan Respublikasının prezidenti bu gün Bakıda İranın prezident aparatının başçısı Mahmud Vaizi ilə görüşdə iki ölkənin ticarət mübadilələrində milli valyutalardan istifadəyə təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2017 14:44 Asia/Baku
  • Əliyev: İranla ticarət mübadilələrində milli valyutalardan istifadə Bakının gündəmində durur
    Əliyev: İranla ticarət mübadilələrində milli valyutalardan istifadə Bakının gündəmində durur

Azərbaycan Respublikasının prezidenti bu gün Bakıda İranın prezident aparatının başçısı Mahmud Vaizi ilə görüşdə iki ölkənin ticarət mübadilələrində milli valyutalardan istifadəyə təkid edib.

İlham Əliyev əlavə edib: Bu istiqamətdə Azərbaycan Respublikasında lazımi göstərişlər verilibdir.

Azərbaycan Respublikasının prezidenti Bakının Tehranla əlaqələri genişləndirməyə olan marağından xəbər verib. O, beynəlxalq şimal-cənub koridorunun inşasında həmkarlıqların genişləndirilməsi, Astara-Astara dəmiryolu xətti, eləcə də Azərbaycan Respublikasında İran tərəfindən avtomobil və dərman istehsalı zavodlarının tikilməsi daxil olmaqla iki ölkənin müştərək layihələrinin icrasının sürətləndirilməsi vacibliyini vurğulayıb.

İlham Əliyev həmçinin İranın regionda terrorizmlə mübarizə sahəsindəki rolunu yüksək dəyərləndirərək, qarşılıqlı müdafiə, təhlükəsizlik və kəşfiyyat əməkdaşlıqlarının genişləndirilməsini istəyib.

Azərbaycan Respublikasının prezidenti iki ölkənin bir çox regional və beynəlxalq məsələdə müştərək mövqeyə malik olduğunu bildirib. Qeyd edib ki, iki ölkə İslam birliyi və həmrəyliyinin gücləndirilməsi üçün səy göstərir.

İranın prezident aparatının başçısı da bu görüşdə İranda və Azərbaycan Respublikasında mövcud olan fürsət, imkan və bacarıqlardan bəhrələnmə vacibliyinə işarə edərək, razılaşmaların icrasının sürətləndirilməsi, eləcə də Tehran-Bakı həmkarlıqları və münasibətlərinin hərtərəfli inkişafı istiqamətində səyin zəruriliyini vurğulayıb.

"İslam həmrəyliyi-2017; dinlər və mədəniyyətlərarası dialoq" adlı beynəlxalq konfransda iştirak məqsədilə çərşənbə günü Bakıya daxil olmuş Vaizi bu gün bu konfransda iştirak və çıxışdan sonra İlham Əliyevlə görüşübdür.