Vaizi: İran və Azərbaycanın iqtisadi əlaqələri inkişaf yolundadır
-
Vaizi: İran və Azərbaycanın iqtisadi əlaqələri inkişaf yolundadır
İran İslam Respublikası Prezident Aministrasiyasının rəhbəri İran və Azərbaycanın iqtisadi və ticarət əlaqələrinin inkişaf halında olduğunu deyib.
İran İslam Respublikası Prezident Administrasiyasının başçısı Mahmud Vaizi cümə axşamı Bakıda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşdə iki ölkə əlaqələrinin daha artıq genişləndirilməsi və qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi üzrə səylərin artırılmasını istəyib.
Mahmud Vaizi birgə anlaşmaların və müştərək layihələrin sürətlə və tam şəkildə icra edilməsini vurğulayıb və iki ölkə əlaqələrinin daha artıq genişləndirilməsi üçün yeni əməkdaşlıq sahələrinin yaradılmasına təkid edib.
Vaizi deyib: İki ölkə rəsmilərinin ciddi səyi ilə Tehran-Bakı əlaqələri davamlı olaraq inkişaf etməlidir.
İran İslam Respublikası Prezident Administrasiyasının başçısı Mahmud Vaizi Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev ilə görüşdə İran və Azərbaycanın ikitərəfli ticarət mübadilələrində milli valyutadan istifadə etmələrini istəyib və deyib: Astara-Astara dəmir yolu körpüsünün inşa edilməsi və Azərbaycanda avtomobil zavodunun yaradılması üzrə birgə layihələrinin icrasında yaxşı irəliləyişlər əldə edilib.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də iki ölkə arasında bank əməkdaşlıqlarının genişləndirilməsi və ticarət mübadilələrində milli valyutadan istifadəni İran və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin daha da möhkəmləndirilməsində önəmli hesab edib.
Ş.Mustafayev əlavə edib: İranlı iş adamları və sərmayə sahiblərinin sərhəd məntəqədə yerləşən yeni azad ticarət zonalarındakı iştirakını təcrübə mübadiləsi, texnologiyanın ötürülməsi, sərmayə qoyuluşu və sahibkarlıq fəaliyyətləri üçün zəruridir.
İran İslam Respublikası Prezident Administrasiyasının rəhbəri Mahmud Vaizi "İslam Həmrəyliyi-2017; dinlər və mədəniyyətlərarası dialoq" beynəlxalq konfransında iştirak məqsədi ilə Bakıya səfər etmişdi. Səfər zamanı Mahmud Vaizi Azərbaycan rəsmiləri ilə də görüşüb, danışıqlar aparıb.