İran və Azərbaycan arasında İT əməkdaşlıqlarına təkid edilib
-
İran və Azərbaycan arasında İT əməkdaşlıqlarına təkid edilib
İran İslam Respublikası Prezident Administrasiyasının başçısı İran - Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə inkişaf etməkdə olduğunu deyərək, iki ölkənin rabitə, informasiya texnologiyaları(İT), tranzit və poçt sahəsində də əməkdaşlıqlarını genişləndirmələrini zəruri adlandırıb.
İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikası Prezident Administrasiyasının başçısı Mahmud Vaizi Bakıda Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quliyev ilə görüşdə deyib: İki ölkə rəsmiləri arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqların genişləndirilməsi və birgə layihələrin icra edilməsi sahəsində çox yaxşı anlaşmalar və sənədlər imzalanıb və onların icrasının sürətləndirilməsi lazımdır.
Vaizi iki ölkənin poçt yüklərinin göndərilməsinin sadələşdirilməsi barədə də deyib: İran və Azərbaycan arasında Türkiyə və Rusiya ilə üçtərəfli və birneçə tərəfli əlaqələrin qurulması ilə fəza, İT, poçt və rabitə sahəsində daha geniş əməkdaşlıqlara imkan yaranmış olacaq.
Vaizi İran və Azərbaycan arasında nəqliyyat və tranzit sahəsində əməkdaşlıqların genişlənməsini də mühüm adlandırıb və deyib: Çabəharda Şəhid Beheşti dəniz limanının istifadəyə verilməsi ilə Qafqaz və Mərkəzi Asaiya üçün tranzit sahəsində heç bir məhdudiyyət qalmayıb.
İran İslam Respublikası Prezident Administrasiyasının başçısı İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin İCT üzrə əməkdaşlıqların genişləndirilməsi barədə razılığını da müsbət adlandırıb və deyib: Gənclərin bu sahə ilə tanış olmaları və onda iştirak etmələri üçün münasib şərait yaradılmalıdır.
Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quliyev də bu görüşdə iki ölkə arasındakı dostluq münasibətlərinə işarə edib və deyib: Bu gün rabitə, informasiya texnologiyaları və poçt sahəsində iki ölkə arasında yaxşı əməkdaşlıqlar mövcuddur.
R.Quliyev həmçinin, İran və Azərbaycanın Rusiya və Türkiyə ilə üçtərəfli və birneçə tərəfli əlaqələrinin genişləndirilməsi təklifini də müsbət qarşılayıb və Azərbaycanın İran yolu ilə işıq kabelləri çəkmək niyyətində olduğunu bildirib və iranlı gənclərin Azərbaycanın rabitə və informasiya texnologiyaları layihələrində aktiv iştirak etmələrini istəyib.