26 iranlı məhbus Azərbaycandan İrana köçürülüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i290007-26_iranlı_məhbus_azərbaycandan_İrana_köçürülüb
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi deyib: Azərbaycanda həbsdə olan 26 iranlı məhbus bu gün İrana köçürülüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2017 13:42 Asia/Baku
  • 26 iranlı məhbus Azərbaycandan İrana köçürülüb
    26 iranlı məhbus Azərbaycandan İrana köçürülüb

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin konsulluq məsələləri üzrə məsul şəxsi deyib: Azərbaycanda həbsdə olan 26 iranlı məhbus bu gün İrana köçürülüblər.

Nasir Mircamali deyib: İranlı məhbuslar Astara sərhədində İrana təhvil veriliblər. Bu məhbuslar məhkumluq dövrlərinin qalan hissəsini İran zindanlarında çəkməli olacaqlar.

1999-cu ildə İran və Azərbaycan arasında məhbusların mübadiləsi üzrə müqavilənin qüvvəyə mindiyi zamandan indiyə kimi təqribən 500 iranlı məhbus 24 mərhələdə Azərbaycandan İrana köçürülüb.