Dek 23, 2017 11:08 Asia/Baku
  • Naxçıvan-Məşhəd dəmiryolu reysi fəaliyyətini bərpa edəcək
    Naxçıvan-Məşhəd dəmiryolu reysi fəaliyyətini bərpa edəcək

İranın Azərbaycan bölgəsinin dəmiryolu idarəsinin baş müdiri və Azərbaycan Respublikasının dəmiryolu ilə sərnişin daşınması üzrə müdirləri Naxçıvan-Məşhəd dəmiryolu reysinin 2018-ci ilin yanvarından öz fəaliyyətini bərpa etməsi barədə razılaşıblar.

İranın Azərbaycan bölgəsinin dəmiryolu idarəsinin baş müdiri və dəmiryolu ilə sərnişindaşıma xidmətlərinin proqramlaşdırılması və ona nəzarət üzrə baş direktoru, həmçinin Azərbaycan Respublikasının dəmiryolu ilə sərnişin daşınması üzrə müdirləri Naxçıvan-Məşhəd dəmiryolu reysinin fəaliyyətinin bərpası məqsədilə iclas keçiriblər.

Bu iclasda marketinq, informasiya köçürmə tərzi, maliyyə hesabı və qeydiyyat tərzi, eləcə də qatarların daxilində göstərilən xidmətlər daxil olmaqla müxtəlif mövzular nəzərdən keçirilib.

Naxçıvan ilə İran sərhədinin şimal-qərbində yerləşən Culfa şəhəri arasındakı məsafə- 45 kilometr, Culfadan Məşhəd şəhərinədək olan məsafə isə 1700 kilometrdir. Bu dəmiryolu xətti 2016-cı ilin dekabr ayının sonlarında işə salınmışdı.

Azərbaycan Respublikasının bir hissəsi olan Naxçıvan 1924-cü ilin fevralında muxtar respublika formasında təsis edilibdir.

Teqlər