İ. Əliyev ABŞ-ın yəhudi heyətini qarşılayıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i290099-İ._Əliyev_abŞ_ın_yəhudi_heyətini_qarşılayıb
Azərbaycan Respublikasının prezidenti "Amerikanın yəhudi təşkilatı rəhbərləri konfransı"nın icra müdirinin Bakıda "2017- İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərin dialoqu" konfransında iştirakını önəmli adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2017 13:58 Asia/Baku
  • İ. Əliyev ABŞ-ın yəhudi heyətini qarşılayıb
    İ. Əliyev ABŞ-ın yəhudi heyətini qarşılayıb

Azərbaycan Respublikasının prezidenti "Amerikanın yəhudi təşkilatı rəhbərləri konfransı"nın icra müdirinin Bakıda "2017- İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərin dialoqu" konfransında iştirakını önəmli adlandırıb.

İlham Əliyev "Amerikanın yəhudi təşkilatı rəhbərləri konfransı"nın icra müdiri Malkum Honlayn ilə görüşdə ona əminlik veribdir ki, Bakıda "2017- İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərin dialoqu" konfransının keçirilməsi xalqlar və dinlər arasında əlaqələrin möhkəmləndirilməsində mühüm təsirə malik olacaqdır.

"2017, İslam Həmrəyliyi ili: Dinlər və mədəniyyətlərin dialoqu" beynəlxalq konfransı Azərbaycan Respublikasının prezidenti, eləcə də dünyanın qırx ölkəsinin elmi, dini şəxsiyyətləri və rəsmilərinin, həmçinin beynəlxalq orqanların məsul şəxsləri və nümayəndələrinin iştirakı ilə keçirilib.