Azərbaycanda Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i290161-azərbaycanda_enerji_məsələlərini_tənzimləmə_agentliyi_yaradılıb
Azərbaycan Respublikası prezidenti bu ölkənin Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında fərman imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2017 11:19 Asia/Baku
  • Azərbaycanda Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb
    Azərbaycanda Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılıb

Azərbaycan Respublikası prezidenti bu ölkənin Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında fərman imzalayıb.

Oxu.az internet portalının məlumatına görə, İlham Əliyevin imzaladığı fərmanda bildirilir: Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin və Dövlət Qaz Nəzarəti İdarəsinin əsasında Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyi yaradılsın.

Agentlik ölkədə mühəndislik, rabitə, xidmətlərin keyfiyyətinə və investisiyanın cəzb olunmasına nəzarət edəcək modern şirkətlərə hakim standartları öz fəaliyyətlərində tətbiq edəcək və icraiyyə heyəti tərəfindən idarə olunacaq.