Rusiya bir azərbaycanlını beynəlxalq axtarışa verib
https://azeri.sahartv.ir/news/azərbaycan-i291111-rusiya_bir_azərbaycanlını_beynəlxalq_axtarışa_verib
Rusiya terrorçuluqda təqsirləndirilən bir Azərbaycan Respublikası vətəndaşını İnterpol xətti ilə axtarışa verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 03, 2018 10:42 Asia/Baku
  • Rusiya bir azərbaycanlını beynəlxalq axtarışa verib

Rusiya terrorçuluqda təqsirləndirilən bir Azərbaycan Respublikası vətəndaşını İnterpol xətti ilə axtarışa verib.

İRİB-in Bakıdakı nümayəndəliyinin APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İnterpolun saytında kimliyi qeyd olunan bu şəxs 37 yaşlı Elnur Həsənovdur. O terrorçuluqda, terrorçuların düşərgəsində təlim keçməkdə və qeyri-qanuni silahlı birləşmələrə qoşulmaqda suçlanır.

Azərbaycan Respublikasının Mingəçevir rayonunda dünyaya gələn Elnur Həsənov Rusiyanı tərk etdikdən sonra İnterpol xətti ilə axtarışa verilib.