Rəsmi Bakı Rusiyada "Dünya Ölkələri" ensiklopediyasında Dağlıq Qarabağın adının qeyd olunmasına etiraz edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i291927-rəsmi_bakı_rusiyada_dünya_Ölkələri_ensiklopediyasında_dağlıq_qarabağın_adının_qeyd_olunmasına_etiraz_edib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiyada "Dünya Ölkələri" ensiklopediyasında "Dağlıq Qarabağ Respublikası"nın daxil edilməsinə etiraz edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 11, 2018 08:19 Asia/Baku
  • Rəsmi Bakı Rusiyada
    Rəsmi Bakı Rusiyada "Dünya Ölkələri" ensiklopediyasında Dağlıq Qarabağın adının qeyd olunmasına etiraz edib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiyada "Dünya Ölkələri" ensiklopediyasında "Dağlıq Qarabağ Respublikası"nın daxil edilməsinə etiraz edib.

Publika.az internet portalının yazdığına görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev Dağlıq Qarabağ münaqişəsində xarici müdaxilənin ehtimalına toxunaraq deyib: Bu məsələ ciddi şəkildə araşdırılır və bu haqda detallar müəyyənləşdikdən sonra məlumat veriləcək. 

Rusiyanın Sankt-Peterburq şəhərində dərc olunan "Dünya Ölkələri" ensiklopediyasında "Dağlıq Qarabağ Respublikası"nın əhalisi 146 mindən çox göstərilib və Qarabağın mərkəzinin əhalisi isə 53 mindən çox qeyd olunub. 

Azərbaycan Respublikası ilə Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb və 1992-ci ildə hərbi müstəviyə keçib. 

Bu münaqişə nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf yeddi rayonu Ermənistan tərəfindən işğal olunub.