Azərbaycan ATƏT-in nümayəndəsinə etiraz etdi
https://azeri.sahartv.ir/news/azərbaycan-i292325-azərbaycan_atƏt_in_nümayəndəsinə_etiraz_etdi
Azərbaycan Respublikası Prezident Administrasiyasının Mətbuat Xidmətinin rəhbəri ATƏT nümayəndəsinin Bakının mediaların azadlığı ilə bağlı beynəlxalq təşkilatlar qarşısındakı öhdəliyinə əməl etməməsi ilə bağlı ittihamını qərəzli adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 14, 2018 15:31 Asia/Baku
  • Azərbaycan ATƏT-in nümayəndəsinə etiraz etdi
    Azərbaycan ATƏT-in nümayəndəsinə etiraz etdi

Azərbaycan Respublikası Prezident Administrasiyasının Mətbuat Xidmətinin rəhbəri ATƏT nümayəndəsinin Bakının mediaların azadlığı ilə bağlı beynəlxalq təşkilatlar qarşısındakı öhdəliyinə əməl etməməsi ilə bağlı ittihamını qərəzli adlandırıb.

Əli Həsənov deyib: Bəzi xarici dairələr və onların nəzarəti altında olan medialar və qeyri-hökumət təşkilatlar tərəfindən ATƏT kimi etibarlı bir beynəlxalq təşkilatın adından qərəzli və əsassız iddiaların təkrarlanması qəbuledilməzdir.

Əli Həsənov əlavə edib: İnkişaf etmiş Avropa ölkələrində urnalistlərə qarşı dözülməz hallar baş verir və fəaliyyətləri məhdudlaşdırılır, insanların öz fikirlərini azad şəkildə bəyan etmələri ən ağır formada önlənilir. Amma, bütün bu hallar Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının diqqətini cəlb etmir.

Harlem Dzir son zamanlar deyib: Tiflis şəhərində oğurlanan və hazırda Azərbaycanda məhbəsdə saxlanılan Əfqan Muxtarlı kimi jurnalistlərin mühakiməsi davam edir.

ATƏT-in Media Azadlığı Ofisi Azərbaycanda jurnalistlərə qarşı təhdid və təzyiqlərin artdığını iddia edərək, bu məsələ ilə bağlı öz narahatlığını bildirib.