AR-ə onlarla adda kitabın daxil olması qadağan olunub
Yan 16, 2018 07:22 Asia/Baku
-
AR-ə onlarla adda kitabın daxil olması qadağan olunub
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi onlarla adda kitabın bu ölkəyə daxil olmasını qadağan edib.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dünən bildirib ki, bu komitə 2017-ci ildə 63 adda kitabın bu ölkəyə daxil olmasını qadağan edibdir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həmçinin təhlükəsizlik və polis qüvvələrinin 2017-ci ildə bu komitəyə göndərdikləri 2106 kitab və kitabçanı araşdıraraq bildiribdir ki, onların 99 halı zərərli olub və ya istehsal, yaxud da bu ölkəyə daxil olmaq lisenziyasına malik olmayıbdır.