Yan 19, 2018 09:47 Asia/Baku
  • İran və Azərbaycan arasında mədəni mübadilələrə təkid edilib

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu deyib: Azərbaycan Respublikası dost və qardaş ölkə olan İran İslam Respublikası xüsusiylə şərqi Azərbaycan ostanı ilə elmi, texniki, iqtisadi, mədəni və turizm sahələrində hərhansı əməkdaşlıqlara hazırdır.

İRNA-nın verdiyi məlumata görə, Əliyənnağı  Hüseynov dünən Təbrizdə şərqi Azərbaycan icra başçısının siyasi-təhlükəsizlik üzrə müavini Rəhim Şöhrətifər ilə görüşündə Azərbaycan Respublikasının Təbriz-2018 tədbirlərində əməkdaşlıq etməyə hazır olduğunu bildirərək deyib: Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası da 2018-ci ildə islam dünyasının mədəniyyət paytaxtı seçilib və iki tərəf bu sahədə əməkdaşlıqlar apara bilərlər. 

Görüşdə iranlı rəsmi də Təbriz-2018 tədbirlərinin İran ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişafı üçün fürsət yaratdığını bildirib. 

Şöhrətifər Azərbaycan Respublikasının turizm şirkətlərini Təbriz şəhərinə turist səfərləri təşkil etməyə çağırıb. 

Teqlər