İran və Azərbaycan Rəşt-Astara dəmir yolu layihəsini birlikdə icra edəcəklər
İran İslam Respublikasının yol və şəhərsalma nazirinin müavini deyib: Azərbaycan Respublikası Rəşt-Astara dəmir yolu layihəsinin icrasına 500 milyon dollarlıq investisiya qoymaqla, bu layihədə 50%-lik paya malik olmuş olacaq.
Əsğər Fəxriyə Kaşan İRNA-ya verdiyi müsahibədə deyib: Rəşt-Astara dəmir yolu layihəsinin təkmilləşdirilməsi ilə Şimal-Cənub nəqliyyat marşrutunun əsas hissəsi istifadəyə hazır vəziyyətə gətirilmiş olacaq və bu marşrutdan istifadə edərək, Hindistan və Çin öz məhsullarını Mərkəzi Asiya, Azərbaycan Respublikası, Rusiya və Avropaya nəql edə biləcəklər.
İranın yol və şəhərsalma nazirinin müavini həmçinin deyib: Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsi ilə İranın cənubundan yüklərin Avropaya göndərilməsi də xeyli asanlaşacaq və İranın valyuta gəlirləri artacaq.
Əsğər Fəxriyə Kaşan İtaliya, Rusiya və Çin şirkətlərinin də Qəzvin-Rəşt dəmir yolu layihəsinə investisiya qoymaq istədiklərini deyərək, əlavə edib: İran İslam Respublikası Azərbaycan Respublikası ilə qonşu olmasına görə, bu ölkənin Şimal-Cənub tranzit marşrutuna sərmayə qoyması ilə razılaşıb.