Şəki məscidinin muzeyə çevrilməsi əhalinin etirazına səbəb olub
https://azeri.sahartv.ir/news/azərbaycan-i293323-Şəki_məscidinin_muzeyə_çevrilməsi_əhalinin_etirazına_səbəb_olub
Tarixi Şəki məscidini muzeyə çevirmək üzrə səylər bu məntəqə əhalisinin etirazlarına səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2018 13:29 Asia/Baku
  • Şəki məscidinin muzeyə çevrilməsi əhalinin etirazına səbəb olub

Tarixi Şəki məscidini muzeyə çevirmək üzrə səylər bu məntəqə əhalisinin etirazlarına səbəb olub.

İRİB-nin Bakıdan verdiyi məlumata görə, Şəki şəhərinin sakinləri bildiriblər ki, bu şəhərin Turizm İdarəsinin müdiri "Xan" məscidində olaraq, məscidin boşaldılmasını tələb edib. O, bu məkanın muzeyə çevrilməsi ilə bağlı qərarın olduğunu deyib.

Şəki əhalisinin bu qərara etiraz edənlərdən ikisi təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Hazırda Şəki şəhərində yerləşən tarixi "Xan" məscidi təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.