İran-Azərbaycan sərhədində 7 Özbəkistan vətəndaşı saxlanılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i294173-İran_azərbaycan_sərhədində_7_Özbəkistan_vətəndaşı_saxlanılıb
Azərbaycan Respublikası sərhədi vasitəsi ilə qeyri-qanuni şəkildə İran İslam Respublikası ərazisinə daxil olmaq istəyən 7 Özbəkistan vətəndaşı saxlanılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2018 15:59 Asia/Baku
  • İran-Azərbaycan sərhədində 7 Özbəkistan vətəndaşı saxlanılıb

Azərbaycan Respublikası sərhədi vasitəsi ilə qeyri-qanuni şəkildə İran İslam Respublikası ərazisinə daxil olmaq istəyən 7 Özbəkistan vətəndaşı saxlanılıb.

APA-nın Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, 27 yanvarda saxta pasportla Şahtaxtı sərhəd keçidi vasitəsi ilə İran ərazisinə daxil olmaq istəyən 7 Özbəkistan vətəndaşı Dövlət Sərhəd Xidməti qüvvələri tərəfindən saxlanılıb. 

Məlumata görə, Özbəkistan vətəndaşları saxlanıldıqdan sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya İdarəsinə təhvil veriliblər. 

Azərbaycan Respublikasının təhlükəsizlik xidmətləri bundan öncə bu respublikanın sərhəd xidmətinin 11 nəfəri sərhəd bölgələrdə casusluq fəaliyyəti ittihamı ilə saxlanıldığını bildirmişdilər.