Əliyev prezidentliyi dövründəki nailiyyətləri açıqladı
https://azeri.sahartv.ir/news/azərbaycan-i294185-Əliyev_prezidentliyi_dövründəki_nailiyyətləri_açıqladı
Azərbaycan Respublikası prezidenti 14 illik prezidentliyi dövründə bu ölkə üçün böyük nailiyyətlərin əldə olunduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2018 16:17 Asia/Baku
  • Əliyev prezidentliyi dövründəki nailiyyətləri açıqladı

Azərbaycan Respublikası prezidenti 14 illik prezidentliyi dövründə bu ölkə üçün böyük nailiyyətlərin əldə olunduğunu bildirib.

 APA-nın verdiyii məlumata görə, Azərbaycan Respublikası prezidenti İlham Əliyev dövlət rəsmilərinin xüsusi iclasında prezidentliyi dövründəki nailiyyətləri şərh edərək iddia edib ki, bu respublika 2003-cü ildən böyük nailiyyətlər əldə edib və ölkənin hərtərəfli inkişafı təmin olunub. 

Əliyev deyib: 14 il ərzində Azərbyacan Respublikası əhalisi 1,5 milyon nəfər artıb. Bu dövrdə maaşlar bir neçə dəfə artıb və önəmli ictimai layihələr icra olunub. 

İlham Əliyev inflyasiya, yoxsulluq və işsizliyin artmasına toxunmadan deyib: Azərbaycanda enerji və nəqliyyat sektorlarında layihələrin icrası ölkənin davamlı inkşafı ilə nəticələnib. 

Azərbaycan prezidenti deyib: Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft-qaz nəqli layihələri ölkənin inkişafı üçün lazımi şəraiti yaradıb.