Azərbaycanda Ay tutulub
https://azeri.sahartv.ir/news/azərbaycan-i294211-azərbaycanda_ay_tutulub
Azərbaycan Respublikasında 2018-ci ildə ilk Ay tutulması baş verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 31, 2018 17:02 Asia/Baku
  • Azərbaycanda Ay tutulub

Azərbaycan Respublikasında 2018-ci ildə ilk Ay tutulması baş verib.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, bu gün cari ilin ikinci Ay tutulması baş verib.

Proses Azərbaycanda da müşahidə edilib.

Budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə "qanlı Ay” kimi tanınır.

Qeyd edək ki, Ay tutulması 2017-ci ildə ilk fevralın 11-də baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bundan öncə APA-ya bildirmişdi ki, Ay tutulması Bakı vaxtı ilə saat 15:48-də başlanıb, saat 17:29-da maksimum səviyyədə olacaq, saat 19:11-də başa çatacaq.