Hakim partiya İlham Əliyevin prezident seçkilərinə namizədliyini rəsmən elan edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i294253-hakim_partiya_İlham_Əliyevin_prezident_seçkilərinə_namizədliyini_rəsmən_elan_edib
Azərbaycan Respublikası prezidenti bir daha bu ölkədə növbəti prezident seçkilərinə namizədliyini irəli sürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2018 16:37 Asia/Baku
  • Hakim partiya İlham Əliyevin prezident seçkilərinə namizədliyini rəsmən elan edib
    Hakim partiya İlham Əliyevin prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Azərbaycan Respublikası prezidenti bir daha bu ölkədə növbəti prezident seçkilərinə namizədliyini irəli sürüb.

İRNA-nın verdiyi məlumata görə, Yeni Azərbayan Partiyasının icra katibi və Azərbaycan baş nazirinin müavini Əli Əhmədov bu gün müxbirlərə açıqlamasında deyib: Hakim partiyanın 2018-ci il prezident seçkilərinə namizədi İlham Əliyevdir. 

O həmçinin növbəti prezident seçkilərində İlham Əliyevin qələbə qazanmasında gənclərin öz töhfələrini verəcəklərinə ümidvar olduğunu deyib. 

Azərbaycan Respublikasında 8-ci prezident seçkiləri cari milad ili oktyabrın 17-də keçiriləcək. 

2016-cı il sentyabrda keçirilən referendum nəticəsində konstitusiyaya edilən  dəyişiklikdən sonra Azərbaycan Respublikası konstitusiyasına əsasən prezidentlik dövrü 5 ildən 7 ilə uzadılıb və beləliklə 8-ci prezident seçkilərində qalib gələn namizəd 7 il müddətində bu vəzifədə olacaq. 

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2003-cü ildən bəri hakimiyyətdədir. 

Dünya üzrə bir çox respublika siyasi sistemlərində bir şəxsin sadəcə iki dəfə dalbadal prezident seçilə bilməsi prinsipinin əksinə olaraq Azərbaycan Respublikasında bir şəxsin müxtəlif dövrlərdə seçilməsinə heç bir məhdudiyyət yoxdur.