İran və NMR arasında razılaşmaların icrası araşdırılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i294269-İran_və_nmr_arasında_razılaşmaların_icrası_araşdırılıb
İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayremin NMR-nin Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşündə qarşılıqlı münasibətlər nəzərdən keçirilərək bütün sahələr, xüsusilə iqtisadi sahədə əməkdaşlıqların genişləndirilməsi vurğulanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 01, 2018 18:05 Asia/Baku
  • İran və NMR arasında razılaşmaların icrası araşdırılıb
    İran və NMR arasında razılaşmaların icrası araşdırılıb

İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Mənsur Ayremin NMR-nin Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşündə qarşılıqlı münasibətlər nəzərdən keçirilərək bütün sahələr, xüsusilə iqtisadi sahədə əməkdaşlıqların genişləndirilməsi vurğulanıb.

İRİB-in Bakıdan verdiyi məlumata görə, bu görüşdə İranın baş konsulu son illərdə qarşılıqlı münasibətlərdə əldə olunmuş irəliləyişlərdən danışıb və deyib: İki tərəfin iqtisadi və mədəni sahələrdə potensialları əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaradır. 

Mənsur Ayrem Təbrizin 2018-ci ildə İslam Dünyasının Turizm Paytaxtı, Naxçıvanın isə İslam Dünyasının Mədəniyyət Paytaxtı adlandırılmasına toxunaraq bunu qarşılıqlı əməkdaşlıqlar üçün əlverişli fürsət adlandırıb, NMR Ali Məclisinin sədrinin Tehrana səfəri və İİR yüksək səviyyəli rəsmiləri ilə görüşlərinə toxunaraq deyib: Bu səfərdə gömrük, elektrik stansiyaları, müştərək istehsalat , iqtisadiyyat və sərgi sahələrində əldə olunan razılaşmalar icra olunmaqdadır. 

Bu görüşdə NMR-nin Ali Məclisinin sədri Vasif Talıbov da qarşılıqlı münasibətlərin gün-gündən genişlənməsindən razı qaldığını bildirib, Tehrana son səfərinin məhsuldar olduğunu vurğulayıb. 

Vasif Talıbov iki tərəfin iş adamları arasında müştərək iqtisadi əməkdaşlıqları xatırladaraq  iqtisadi, ticarət, turizm və mədəni heyətlərin qarşılıqlı səfərlərinin artmasını vurğulayıb.