Azərbaycanlı rəsmi: Tehran-Bakı əlaqələri regional təsirə malikdir
https://azeri.sahartv.ir/news/azərbaycan-i296715-azərbaycanlı_rəsmi_tehran_bakı_əlaqələri_regional_təsirə_malikdir
Azərbaycan Respublikası mili məclisinin sədr müavini deyib: İran və Azərbaycan Respublikası araısnda geniş əlaqələrin təsirləri iki ölkəyə məhdudlaşmır və regiona da təsir buraxır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2018 06:45 Asia/Baku
  • Azərbaycanlı rəsmi: Tehran-Bakı əlaqələri regional təsirə malikdir

Azərbaycan Respublikası mili məclisinin sədr müavini deyib: İran və Azərbaycan Respublikası araısnda geniş əlaqələrin təsirləri iki ölkəyə məhdudlaşmır və regiona da təsir buraxır.

İRNA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikası parlamentinin vitse spikeri Ziyafət Əsgərov dünən Bakıda İİR mədəniyyət və islami əlaqələr təşkilatının sədri Əbuzər İbrahimi Türkman ilə görüşündə iki ölkə əlaqələrinin son illərdə daha da genişlənməsinə toxunaraq deyib: İran və Azərbaycan Respublikası parlamentlərində parlament dostluq qrupu fəaliyyət göstərir və bu qarşılıqlı əlaqələrin güclənməsinə öz töhfəsini verir. 

Ziyafət Əsgərov dünyanın mənəvi boşluq və zorakılıq problemi ilə üz-üzə durduğunu bildirərək dünya böhranlarının dialoq yolu ilə həllini vurğulayıb. 

İranın Mədəniyyət və islami əlaqələr təşkilatının sədri Əbuzər İbrahimi Türkman da bu görüşdə Tehran-Bakı əlaqələrini müsbət qiymətləndirib və deyib: İran və Azərbaycan əlaqələrinin ən əsas xüsusiyyəti iki ölkə xalqlarının biri-birini yaxşı başa düşmələridir. 

İbrahimi Türkman mədəni boşluğun dünyada ifratçılığın genişlənməsinə gətirib çıxartdığını xatırladıb və deyib: Ölkələrin parlament üzvləri əlaqələrin inkişafına və ifratçılığın qarşısının alınmasına öz töhfələrini verə bilərlər. 

İranın mədəniyyət və islami əlaqələr təşkilatının sədri Əbuzər İbrahimi Türkman cümə axşamı Bakıya daxil olub . İranlı rəsmi bu günədək "Xürşiddən Pərvinədək" konfransında çıxış edərək Azərbaycanın dini və mədəni xadimləri və ziyalıları, Azərbaycan Respublikası prezidentinin birinci müavini Mehriban Əliyeva və bu ölkənin mədəniyyət və turizm naziri Əbulfəzl Qarayev ilə görüşüb. 

İbrahim Türkman dünən axşam da Nizami kinoteatrında İran İslam Respublikasının kino günlərinin açılış mərasimində iştirak edib.