İran-Azərbaycan mədəni əlaqələrinə təkid edilib
-
İran-Azərbaycan mədəni əlaqələrinə təkid edilib
İran İslam Respublikası mədəniyyət və islami əlaqələr təşkilatının sədri Bakıya səfərinin ikinci günündə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri ilə görüşündə iki ölkə arasında mədəniyyət və incə sənət sahələrində əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıqların zəminləri araşdırılıb.
İRİB-in verdiyi məlumata görə, İranın Bakıdakı səfiri Cavad Cahangirzadə və mədəniyyət attaşesi Əsğər Farsinin də iştirak etdiyi bu görüşdə Azərbaycanın mədəniyyət və Turizm naziri Əbulfəzl Qarayev iki ölkə arasında mədəniyyət və sənət əlaqələrinin uzun keçmişini xatırladıb və iki ölkə xalqları arasındakı mədəni, tarixi və mənəvi ortaqlıqlar əsasında qurulduğunu diqqətə çəkərək, mövcud potensiallar nəzərə alınaraq əməkdaşlıqların daha da inkişaf etdirilməsini vurğulayıb.
Əbulfəzl Qarayev iki ölkənin qarşılıqlı olaraq mədəniyyət həftələrinin keçirilməsinin qarşılıqlı potensialların təqdimində mühum rola malik olduğunu bildirib və mədəni əlaqələrdə sənətin və mədəniyyətin müxtəlif sahələrinin xüsusi əhəmiyyətə malik olduğunu nəzərə alaraq bu kimi mədəniyyət tədbirlərinin iki ölkə mədəniyyətinin qarşılıqlı təqdimində təsirli rolunu vurğulayıb.
İranın mədəniyyət və islami əlaqələr təşkilatının sədri Əbuzər İbrahimi Türkman da bu görüşdə İran və Azərbaycan Respublikası arasında əlaqələrin əhəmiyyətini vurğulayıb və deyb: Ümid edirəm ki, Azərbaycanın Tehrandakı mədəniyyət həftəsində, yaxud İranın Bakıdakı mədəniyyət günlərində mədəni mübadilələr üzrə proqramı da imzalayacağıq. Türkman srağa gün Bakıda Xürşiddən Pərvinədək adlı konfransa toxunaraq deyib: Bu konfransda İran və Azərbaycanın mədəni ortaqlıqlarına nümunələr olan iki tanınmış şairə Pərvin Etisami və Xürşid Banu Natəvanın anıldı.