Bakı: Sumqayıt hadisələri öncədən planlaşdırılmışdı
-
Bakı: Sumqayıt hadisələri öncədən planlaşdırılmışdı
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Sumqayıt hadisələrinin sabiq SSRİ-nin kəşfiyyat təşkilatı olmuş KQB və Ermənistan kəşfiyyatı tərəfindən planlaşdırıldığını deyib.
Hikmət Hacıyev dünən 1988-ci ildə Sumqayıtda baş vermiş hadisələr ilə bağlı keçirilən mətbuat konfransında deyib: Bu hadisələr Qarabağın işğalına qanuni don geyindirmək məqsədilə SSRİ-nin kəşfiyyat təşkilatı olmuş KQB və Ermənistan kəşfiyyatı tərəfindən planlaşdırılmışdı.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü iddia edib ki, bu hadisə Ermənistan tərəfindən təhrif olunmuş şəkildə nəql edilərək, təbliğ olunur.
Hacıyev bildirib ki, bəzi qüdrətlər 1988-ci ilin 27 fevralında Azərbaycan Respublikası vətəndaşlarının etiraz aksiyasını təhrik etmişdilər. O, deyib: SSRİ-nin ozamankı prokuroru tərəfindən aparılmış təhqiqat yetərsiz olub və əsas amillər cəzalandırılmayıblar.
Azəri rəsmi xatırladıb ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin göstərişilə bu barədə yenidən təhqiqat aparılıbdır. O, əlavə edib: Bu hadisələr Dağlıq Qarabağın Azərbaycan Respublikası ərazisindən ayrılması və azərbaycanlıların Ermənistandan çıxarılmaları məqsədilə SSRİ və Ermənistanın kəşfiyyat təşkilatları tərəfindən planlaşdırılmışdı.
1988-ci ildə Sumqayıt sakinlərinin qırğın edilmələri zamanı 26 erməni və altı azəri öldürülübdür.