Azərbaycan Respublikasının sabiq zabitlərindən bir qrupu üçün həbs hökmü çıxarılıb
-
Azərbaycan Respublikasının sabiq zabitlərindən bir qrupu üçün həbs hökmü çıxarılıb
Azərbaycan Respublikasının hərbi tribunalı bu ölkənin kəşfiyyat xidməti zabitlərinin işi üzrə müttəhimlər barədə hökm çıxarıb.
Bakı prokurorluğu Sabunçu rayon məhkəməsində müttəhimlər barədə yekun rəy çıxararaq, sabiq MTN-in sabiq rəisləri, o sıradan Sübahir Qurbanovu və Teymur Quliyevi on altı və sabiq MTN-in əməliyyat və texniki məsələlər üzrə məsul şəxsi Natəvan Mirvətovanı on iki il həbsə məhkum edib.
Həmçinin bu məhkəmədə həmin işdə müttəhim sayılan bütün kəşfiyyat zabitləri üçün yeddi ildən on beş ilədək həbs hökmü çıxarılıb. Bakı prokurorluğu həmçinin bütün müttəhimlərin hərbi rütbələrinin ləğv olunmasını istəyib.
2015-ci ildə MTN-də Azərbaycan Respublikasının hökumət sistemində aparılmış hesabçürütmələr nəticəsində həbs olunmuş zabitlərin ittihamları, qanun pozuntusu, dövlət və hökumət vəzifələrindən sui-isitfadə, qorxutma və bacalma elan olunubdur.
Məhkəmə aparatı tərəfindən müttəhimlər barədə hökmlərin çıxarılması ilə, hələ bu məhkəmə işində birinci dərəcəli müttəhim sayılan Azərbaycan Respublikasının sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı diqqət cəkəcək bir addım atılmayıbdır. O, kənarlaşdırıldığı zamandan bəri ev dustağıdır.
Həmçinin Natəvan Mirvətovadan savayı bütün müttəhimlər həbs olunandan bəri zindandadırlar.
Eldar Mahmudovun məhkəməyə gəlməməsi və hətta onun həbs olunması üçün məhkəmə hökmünün çıxarılmaması ondan xəbər verir ki, ya Azərbaycan Respublikasının dövlət sisteminin digər bölmələrinin başçılarının qanun pozuntuları barədə faktlar və sənədlər bir növ Eldar Mahmudovun ixtiyarındadır, ya da Azərbaycan Respublikası hökuməti istəyir ki, Eldar Mahmudov müəyyən qədər sövdələşməyə daxil olaraq, ölkədən çıxarılmış pulların bir hissəsini onun azadlığına zəmanət qarşılığında ölkəyə qaytarsın.