İran və Azərbaycan gömrüklərinin fəaliyyəti 24 saatlıq olacaq
https://azeri.sahartv.ir/news/azərbaycan-i297079-İran_və_azərbaycan_gömrüklərinin_fəaliyyəti_24_saatlıq_olacaq
İran İslam Respublikası və Azərbaycan Respublikası sərhəd gömrük-keçidlərində gömrük məsələlərinin sadələşdirilməsi və vətəndaşların sıxlığının aradan qaldırılması məqsədilə bu iki ölkənin sərhəd keçidlərinin fəaliyyəti 24 saatlıq olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2018 15:57 Asia/Baku
  • İran və Azərbaycan gömrüklərinin fəaliyyəti 24 saatlıq olacaq
    İran və Azərbaycan gömrüklərinin fəaliyyəti 24 saatlıq olacaq

İran İslam Respublikası və Azərbaycan Respublikası sərhəd gömrük-keçidlərində gömrük məsələlərinin sadələşdirilməsi və vətəndaşların sıxlığının aradan qaldırılması məqsədilə bu iki ölkənin sərhəd keçidlərinin fəaliyyəti 24 saatlıq olacaq.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Xaçmaz şəhərində jurnalistlərə verdiyi müsahibədə bu xəbəri bildirərək deyib: İki ölkənin gömrük fəaliyyət saatlarında mövsüm dəyişikliyi həyata keçiriləcək.

O əlavə edib: Bu istiqamətdə lazımi razılaşmalar əldə olunub. İran tərəfi gömrüklərin fəaliyyətinin 24 saatlıq olması üçün öz rəyini bildirib. Biz də bu məqsədlə gömrük işçilərinin sayının artırılması üçün kömək istəmişik.