Bakıda Narkoloji Dispanserində yanğın nəticəsində 25 nəfər həlak olub
Mart 02, 2018 10:27 Asia/Baku
-
Bakıda Narkoloji Dispanserində yanğın nəticəsində 25 nəfər həlak olub
Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Dispanserində baş verən yanğın nəticəsində 25 nəfər həlak olub.
İRİB-in Bakıdakı nümayəndəliyinin APA İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi bildirib: İlkin məlumatlara görə, bu hadisədə 25 nəfər həlak olub, yaralanan dörd nəfər isə xəstəxanaya köçürülüb.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi də bildirib: Baş verən yanğının güclü olmasına görə, 10-dan çox yanğınsöndürmə maşını və xilasetmə qruplarından istifadə olunub. Saatlarla əməliyyatdan sonra nəhayət yanğın söndürülüb.