Bakıda Narkoloji Dispanserdə 20-dən çox şəxs həyatını itirib
https://azeri.sahartv.ir/news/azərbaycan-i297391-bakıda_narkoloji_dispanserdə_20_dən_çox_şəxs_həyatını_itirib
Kütləvi İnformasiya Vasitələri Azərbaycan Respublikası paytaxtı Bakı şəhərində Respublika Narkoloji Dispanserində baş verən yanğın nəticəsində azı 20 nəfərin həlak olduğunu bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 02, 2018 12:57 Asia/Baku
  • Bakıda Narkoloji Dispanserdə 20-dən çox şəxs həyatını itirib
    Bakıda Narkoloji Dispanserdə 20-dən çox şəxs həyatını itirib

Kütləvi İnformasiya Vasitələri Azərbaycan Respublikası paytaxtı Bakı şəhərində Respublika Narkoloji Dispanserində baş verən yanğın nəticəsində azı 20 nəfərin həlak olduğunu bildiriblər.

Frans Pressin məlumatına görə, Azərbaycan Respublikası Baş Prokurorluğu bildirib: Cümə günü Bakı şəhərində Respublika Narkoloji Dispanserində baş verən yanğın nəticəsində 25 nəfər dünyasını dəyişib.

Halbuki bundan öncə bəzi kütləvi informasiya vasitələri yanğın nəticəsində həlak olanların sayını 30 nəfər elan etmişdilər.

Məlumata əsasən, Narkoloji Dispanserdə müalicə alan pasiyentlər yanğından qaça bilməyiblər.

Yanğının baş verməsinin əsas səbəbi elan olunmayıb. Lakin bəzi şahidlərin dediyinə görə, elektrik cərəyanındakı nöqsan yanğına səbəb olub.

2015-ci il may ayında da Bakıda çoxmərtəbəli bir binada baş verən yanğın nəticəsində 15 nəfər dünyasını dəyişmişdi.