Azərbaycan Respublikası və Marakeş arasında 5 əməkdaşlıq sənədi imzalanıb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasında rəsmi səfərdə olan Mərakeş Krallığının Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Nasir Bureytanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Respublikası XİN portalının məlumatına görə görüşdə nazirlər tarixən dini və mədəni köklərlə bağlı olan Azərbaycan və Mərakeş arasında siyasi dialoqun və dostluğun inkişafından razılıqlarını ifadə etdilər. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün geniş potensialın mövcud olduğunu qeyd edən tərəflər səfər çərçivəsində Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclasının keçirilməsinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına əsaslı təkan verəcəyinə inam ifadə etdilər. Nazirlər iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmasların yaradılmasının vacibliyini vurğuladılar və enerji, kənd-təsərrüfatı, turizm, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu qeyd etdilər.Habelə, iki ölkə arasında mütəmadi olaraq xarici işlər nazirlikləri səviyyəsində siyasi məsləhətləşmələrin və diplomatik akademiyalar arasında tələbə-müəllim mübadiləsinin aparılmasının vacibliyi qeyd olundu.Azərbaycan və Mərakeş arasında mədəni əlaqələrin inkişaf səviyyəsindən razılıq ifadə edən tərəflər hər iki ölkədə keçiriləcək Mədəniyyət günlərinin iki ölkə xalqları arasında dostluq əlaqələrinin gücləndirilməsinə və qarşılıqlı turizm axınına töhfə verəcəyinə əminliklərini vurğuladılar.Tərəflər beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi apardılar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxundular. Azərbaycan-Mərakeş Hökumətlərarası Birgə Komissiyanın ilk iclası çərçivəsində nazirlər “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiyanın birinci iclasının Protokolu”, “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”, “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Dəmir Yolları” QSC ilə Mərakeş Milli Dəmiryolları arasında Niyyət Protokolu” və ”Azərbaycan Dövlət Dəniz Akademiyası ilə Dənizçilik Araşdırmaları üzrə Mərakeş Ali İnstitutu arasında Niyyət Protokolu” adlı sazişləri imzaladılar.
Marakeş XİN rəhbərinin Bakıya səfərinin onunda onun azərbaycanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında qarşılıqlı əməkdaşlıqların genişləndirilməsinə təkid ediblib.
Bu mətbuat konfransında Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iki ölkə arasında strateji əməkdaşlıqların əhəmiyyətini vurğulayaraq deyib: İki ölkə beynəlxalq iclaslarda biri birinin mövqeyini dəstəkləyirlər və bu günkü görüşdə də enerji, kənd təsərrüfatı və nəqliyyat eləcə də tələbə mübadiləsi və investisiya mövzularında müzakirələr aparıldı.
Elmar Məmmədyarov İslami Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin may ayında keçiriləcək Banqladeş iclasına toxunaraq deyib: Biz İƏT-də diqqətimizi müsəlmanlar arasında vəhdət və həmrəyliyə və müsəlman ölkələrin problemlərinin aradan qaldırılmasına və islamofobiya ilə mübarizəyə yönəltməliyik.