Xəzəryanı ölkələr humanitar məsələlərlə bağlı birgə layihə icra edirlər
Mart 07, 2018 16:37 Asia/Baku
Xəzəryanı ölkələrin "Hmanitar Reaksiya" mərkəzinin təsis edilməsi üzrə birgə layihəsi icraya qoyulub.
İRİB-nin verdiyi məlumata görə, Xəzəryanı ölkələrin humanitar reaksiya mərkəzinin təsis edilməsi prosesinə çərşənbə axşamı Bakıda start verilib.
Bakı Xəbər qəzetinin yazdığına görə, Xəzəryanı ölkələrin Humanitar Mərkəzinin yaradılması ilə bağlı anlaşma 2 il öncə Rusiya, Azərbaycan, İRan, Türkmənistan və Qazaxıstanın fövqəladə hallar üzrə dövlət rəsmilərinin iştirakı ilə imzalanmışdı.
Siyasi məsələlər üzrə analitik Daşdəmir Əliyev bu barədə deyir: Humanitar Reaksiya Mərkəzinin yaradılması Xəzəryanı ölkələr arasında bir çox regional və beynəlxalq əməkdaşlıq imkanları yaratmış olacaq.