Azərbaycanın iqtisadiyyat naziri İrana səfər edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i298107-azərbaycanın_iqtisadiyyat_naziri_İrana_səfər_edir
Azərbaycan Respublikasının iqtisadiyyat naziri tezliklə İrana səfər edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 09, 2018 16:08 Asia/Baku
  • Azərbaycanın iqtisadiyyat naziri İrana səfər edir

Azərbaycan Respublikasının iqtisadiyyat naziri tezliklə İrana səfər edəcək.

İRİB-nin verdiyi məlumata görə, Azərbaycanın İqtisadiyyat Nazirliyi  nazir Şahin Mustafayev iqtisadi bir heyətin başında İrana səfər edəcək. Şahin Mustafayevin İrana olacaq səfəri çərçivəsində 12-14 mart tarixində Tehranda İran və Azərbaycanın 12-ci birgə iqtisadi forumu keçiriləcək.

İran rəsmiləri ilə görüş və ikitərəfli əlaqələrin genişləndirilməsi barədə danışıqların aparılması Azərbaycanın iqtisadiyyat nazirinin Tehrana olan səfərinin digər proqramlarındandır.