Bakıda İmam Əli(ə)-ın mövlud şənliyi
https://azeri.sahartv.ir/news/azərbaycan-i300310-bakıda_İmam_Əli(ə)_ın_mövlud_şənliyi
Cümə günü axşam Bakıda İran İslam Respublikası səfirliyinin mədəniyyət mərkəzində İmam Əlinin(ə) mövlud şənliyi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2018 04:27 Asia/Baku
  • Bakıda İmam Əli(ə)-ın mövlud şənliyi
    Bakıda İmam Əli(ə)-ın mövlud şənliyi

Cümə günü axşam Bakıda İran İslam Respublikası səfirliyinin mədəniyyət mərkəzində İmam Əlinin(ə) mövlud şənliyi keçirilib.

İRNA-nın verdiyi məlumata görə, bu mərasimdə vəli fəqihin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejad , İran səfirliyinin mədəniyyət attaşesi Əsğər Farsi, Bakıda yaşayan iranlılar və bir qrup yerli dindar kəsim iştirak edib. 

Əli Əkbər Ocaqnejad bu mərasimdə İmam Əli(ə)-ın mövlud günü münasibəti ilə mərasim iştirakçılarını təbrik edərək, İmam Əlinin(ə) şəxsi səciyyələrindən bəhs edib və deyib: İmam Əlinin(ə) bütün rəftarı və danışığı ibadət idi. 

Vəli fəqihin Azərbaycandakı nümayəndəsi daha sonra İmam Əlinin(ə) vacib əməllərin yerinə yetirilməsi ilə bağlı göstərişinə işarə edərək, deyib: İmam Əli(ə) ən gözəl ibadətin namaz olduğunu deyərdi. 

Mərasimin davamında bir qrup məddah İmam Əlinin(ə) vəsfində şerlər oxuyublar. 

Bu gün şənbə, rəcəb ayının 13-ü, 31 mart, şiələrin birinci imamı həzrət Əli(ə)-ın mövlud günüdür.