May 21, 2018 09:00 Asia/Baku
  • Azərbaycan hərbçisi həlak olub
    Azərbaycan hərbçisi həlak olub

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu həlak olub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, törədilən təxribatın arxasında Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri dayanır və onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

Azərbaycan RespublikasıXİN-i Ermənistan-Azərbaycan sərhədində hərbi qulluqçunun şəhid olmasına münasibət bildirib: "Ermənistanın xarici işlər naziri vəziyyətin gərginləşməsini və təxribatların baş verməsini təşviq edir".

Teqlər