Azərbaycan və Fransa arasında əməkdaşlıqların genişləndirilməsinə təkid edilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i309796-azərbaycan_və_fransa_arasında_əməkdaşlıqların_genişləndirilməsinə_təkid_edilib
Fransa xarici işlər nazirinin Bakıya olan səfəri zamanı iki ölkə arasında əməkdaşlıqların genişləndirilməsi yolları araşdırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2018 15:05 Asia/Baku
  • Azərbaycan və Fransa arasında əməkdaşlıqların genişləndirilməsinə təkid edilib

Fransa xarici işlər nazirinin Bakıya olan səfəri zamanı iki ölkə arasında əməkdaşlıqların genişləndirilməsi yolları araşdırılıb.

İRİB-nin verdiyi məlumata görə, Fransanın xarici işlər naziri Jan İv Le Drian bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb. Görüşdə iki ölkə əlaqələrinin müxtəlif sahələr üzrə inkişaf etdirilməsi və Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə təkid edilib. İkitərəfli görüşün ardınca nazirlər birgə mətbat konfransında iştirak ediblər.

Fransanın xarici işlər naziri Jan İv Le Drian bu birgə mətbuat konfransında Bakıya olan səfərini önəmli bir siyasi hadisə adlandırıb və deyib: Fransa müstəqilliyini əldə etməsindən sonra daim Azərbaycanın kənarında olub və hal hazırda da iki ölkə arasında sıx əlaqələr mövcuddur.

Jan İv Le Drian daha sonra Azərbaycan prezidentinin iyul ayında Parisə, Fransa prezidentinin isə cari ilin sonlarında Bakıya səfər edəcəyindən xəbər verib və deyib: Hal hazırda iki ölkə arasında enerji, kənd təsərrüfatı və nəqliyyat daxil olmaqla bir çox sahə üzrə əməkdaşlıqlar mövcuddur. Buna görə də yaxın gələcəkdə əməkdaşlıqların daha da genişləndirilməsi üçün birgə əməkdaşlıq komissiyası yaradılacaq.

Fransanın xarici işlər naziri daha sonra Qarabağ münaqişəsinə işarə edib və deyib: Fransa Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi rol oynayan Minsk qrupunun həmsdrlərindən biri olaraq öhdəliklərə malikdir. Münaqişənin bu qədər uzanması qəbuledilməzdir. Biz regionda sülh və sabitliyin bərqərar edilməsinin tərəfdarıyıq. Buna görə də Qarabağ münaqişəsinin həllindəki rolumuzu daha da artırmağa çalışacağıq.

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov da bu mətbuat konfransında iki ölkənin təhsil və iqtisadiyyat sahələrindəki əməkdaşlıqlarının çox yaxşı səviyyədə olduğunu bildirib və deyib: Hal hazırda 50-dən çox Fransa şirkəti Azərbaycanın sənaye parklarında fəaliyyət göstərir. Bu şirkətlərdən biri enerji sahəsində fəaliyyət göstərən Total şirkətidir. Və ya bir başqa fransız şirkəti də aviasiya və kosmonavtika sahəsində Azərbaycanın Speys şirkəti ilə əməkdaşlıq edir.

Elmar Məmmədyarov daha sonra Qarabağ münaqişəsinin tənzimlənməsində Fransanın rolunu təsirli adlandırıb və deyib: Biz Qarabağ münaqişəsini dinc yolla həll edə bilərik.

Elmar Məmmədyarov daha sorna Azərbaycan və Avropa Birliyi arasında strateji əməkdaşlıqlar sənədinin imzalanması üzrə çalışmaların davam etməsinə işarə edərək, deyib: Ümidvarıq Fransa Avropa Birliyinə üzv ölkə olaraq bu sənədin imzalanmasında təsirli rola malik olsun.

Fransa xarici işlər naziri bu gün səhər Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə də görüşüb, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi barədə danışıqlar aparıb.