Azərbaycan İrana elektrik ixracatına başlayıb
-
Azərbaycan İrana elektrik ixracatına başlayıb
Azərbaycan Respublikasının Azərenerji Açıq Səhmdar Cəmiyyətinin sözçüsü cümə gecə deyib: Bu şirkət İrana elektrik ixracatına başlayıb.
İRNA-nın məlumatına görə, Yəhya Babanlı xatırladıb: Azərbaycanın Azərenerji ASC ilə İranın Elektrik İstehsalı, Nəqli və Paylanması Şirkəti arasında imzalanan razılaşmaya əsasən, maksimum 180 meqavat gücündə elektrikin İranın şimal-qərbində Muğan və Astara bölgələrinə nəqlinə başlanıb.
Azərbaycan Respublikasının Azərenerji ASC və İranın Təvanir Şirkəti arasında elektrikin satın alınması sənədi Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasovun cari il aprel ayında Tehrana səfəri çərçivəsində imzalanıb.
Bu səfərdə həmçinin İran, Azərbaycan və Rusiyanın elektik şəbəkəsinin qoşulması, elektrikin üçüncü ölkələrə nəql olunması məsələsi araşdırılıb.
İran İslam Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikası cari il iyun ayında Moskvada üç ölkənin elektrik şəbəkələrinin birləşdirilməsi haqda danışıqlar aparacaqlar.