Azərbaycanda "İmam Xomeyni (rə); Bəşər Eşqinin Bir Qibləsi" konfransı keçirilib
https://azeri.sahartv.ir/news/azərbaycan-i311154-azərbaycanda_İmam_xomeyni_(rə)_bəşər_eşqinin_bir_qibləsi_konfransı_keçirilib
Həzrət İmam Xomeyninin (rə) vəfatının ildönümü ərəfəsində Azərbaycan Respublikasının siyasi, ictimai, mədəni ziyalılarının iştirakı ilə Bakıda "İmam Xomeyni (rə); Bəşər Eşqinin Bir Qibləsi" adlı konfrans keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2018 11:03 Asia/Baku
  • Azərbaycanda
    Azərbaycanda "İmam Xomeyni (rə); Bəşər Eşqinin Bir Qibləsi" konfransı keçirilib

Həzrət İmam Xomeyninin (rə) vəfatının ildönümü ərəfəsində Azərbaycan Respublikasının siyasi, ictimai, mədəni ziyalılarının iştirakı ilə Bakıda "İmam Xomeyni (rə); Bəşər Eşqinin Bir Qibləsi" adlı konfrans keçirilib.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, konfransda natiqlər Həzrət İmam Xomeyninin əbədi düşüncələri, ürfan və ədəbi şəxsiyyəti haqda, eləcə də Allaha təvəkkül, gələcəyə baxış, zəiflərə dəstək, zalımlar qarşısında müqavimət, İmam Hüseynin (ə) məktəbinin davamçısı olması kimi xüsusiyyətləri haqda danışıb və o həzrətin düşüncələrindən fayadlanmağı islam dünyasının inkişafının rəmzi adlandırıblar.