Bakıda sionist rejim səfirliyi qarşısına toplaşanlardan bir qrupu saxlanılıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i311618-bakıda_sionist_rejim_səfirliyi_qarşısına_toplaşanlardan_bir_qrupu_saxlanılıb
Azərbaycan Respublikasının dindarlarından bir qrupu sionist rejim qarşısına toplaşıb və İsrailə ölüm şüarları səsləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2018 07:57 Asia/Baku
  • Bakıda sionist rejim səfirliyi qarşısına toplaşanlardan bir qrupu saxlanılıb
    Bakıda sionist rejim səfirliyi qarşısına toplaşanlardan bir qrupu saxlanılıb

Azərbaycan Respublikasının dindarlarından bir qrupu sionist rejim qarşısına toplaşıb və İsrailə ölüm şüarları səsləndirib.

İRİB-in Bakıdan verdiyi məlumata görə, sionist rejimin Bakıdakı səfirliyinə gedən yolların bağlandığı və polisin güclü nəzarət tədbirləri gördüyü halda, səfirliyin qarşısına toplaşan və İsrailə ölüm şüarı səsləndirən bir qrup dindar dərhal saxlanılıb.

Vətən Uğrunda internet portalının bildirdiyinə görə, saxlanılanlar Yasamal rayonu Polis İdarəsinin 27-ci bölməsinə aparılıblar.

Qarabağ Uğrunda İslam Müqaviməti Hərəkatının sədri Rövşən Əhmədli də saxlanılanlar arasındadır.