Azərbaycanda fəzilətli Qədr gecələrinin üçüncü gecəsi
İyun 08, 2018 08:59 Asia/Baku
-
Azərbaycanda fəzilətli Qədr gecələrinin üçüncü gecəsi
Azərbaycan Respublikasının dindar vətəndaşları fəzilətli və bərəkətli 3-cü Qədr gecəsində bu ölkə məscidlərinə toplaşaraq Allah-taala ilə raz-niyaz edib və Yaradandan öz günahlarının bağışlanmasını diləyiblər.
İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, fəzilətli gecədə möminlər Quran, dualar oxuyaraq, Allah-taalanın dərgahına əl açaraq, başa Quran qoyaraq raz-niyaz edib və islam ümmətinin qalib gəlməsini diləyiblər.
Bu bərəkətli gecədə natiqlər də Qədr gecəsinin fəzilətləri haqda danışıblar.